“Real Madrid” Fransanın “PSJ” komandasının futbolçusu Kilian Mbappe ilə müqavilənin şərtlərini razılaşdırıb.
“Real”ın şərtlərindən biri fransalı futbolçunun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirak etməməsidir.
Komanda artıq Fransa Futbol Federasiyasına Mbappenin oyunlarda iştirakına icazə verməyəcəkləri barədə məlumat verib. Həmçinin “Real”ın bütün oyunçuları Olimpiadaya gedə bilməyəcək.
Mbappe Əl-Xeliyfiyə 2023-cü ilin avqustunda “PSJ” ilə müqaviləsini uzatmağı vəd etsə də, bunu etməyib. Mbappenin “Real Madrid”ə keçmə ehtimalı böyükdür, bu da Əl-Xelayfini qəzəbləndirir.
Mənbə: gazeta.ru
www.102info.az