Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvadordakı səfiri Rəşad Novruzov özünün “X” hesabında paylaşım edib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Qayana, Surinam və Ekvador dövlət başçılarına dəvət məktubunu sözügedən ölkələrin səfirlərinə təqdim etdiyini bildirib.
“Ekvador, Qayana və Surinamdan olan əziz həmkarlarımla görüşmək çox xoşdur. Onlara Azərbaycan Prezidentinin Qayana, Surinam və Ekvador prezidentlərinə COP29-a dəvət məktublarını çatdırdım. İkitərəfli, regional və çoxtərəfli məsələlər ətrafında səmərəli söhbət apardıq. Bu Zirvə görüşünün həqiqi uğur qazanması üçün hamımızı çox iş gözləyir”, – deyə diplomat qeyd edib.
Great to have met with my dear colleagues from Ecuador, Guyana and Suriname. Transmitted the letters of invitation to the World Leaders Summit on Climate Change #COP29 from President of Azerbaijan to Presidents of Guyana, Suriname and Ecuador. Had a fruitful conversation about… pic.twitter.com/JZ1uWna8kC
— Rashad Novruz (@NovruzRashad) April 27, 2024
www.102info.az