Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib

Dünya




Moskvanın Basmannı məhkəməsi Rusiya müdafiə nazirinin eks müavini Timur İvanovun tabeliyində olmuş Anton Filatov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Anton Filatov xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir.

Qeyd edək ki, 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün açıqlanan bəyannamələr rüşvətxorluqda ittiham olunan müdafiə nazirinin müavini Timur İvanovun sərvətini üzə çıxarıb.

Bu müddət ərzində o, həyat yoldaşı ilə 1,5 min kvadratmetrdən çox sahəsi olan bir ev, nadir bir limuzin və bir neçə bahalı avtomobil əldə edib. İndi İvanov külli miqdarda rüşvət almaqda ittiham olunur.

Moskva məhkəməsinin qərarı ilə Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub.

Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb. Timur İvanovun bir milyard rubldan çox məbləğdə rüşvət aldığı bildirilir.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir