Çilidə milli matəm elan edildi

Dünya




Çili Prezidenti Qabriel Boriç Arauko əyalətində naməlum şəxslərin hücumu nəticəsində üç polis əməkdaşının həlak olması ilə əlaqədar milli matəm elan etmək qərarına gəlib.

Aprelin 27-də üç polis məmuru Kanete kommunasında patrul xidməti həyata keçirərkən onların avtomobili pusquya salınıb. Naməlum şəxslər əvvəlcə avtomobilə atəş açıb, sonra isə onu yandırıblar.

Çili prezidenti həmçinin bildirib ki, o, hadisə yerinə getmək niyyətindədir.

Hazırda polis hücumun baş vermə şəraitini müəyyənləşdirir və cinayətkarları axtarır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir