Kanadada dəhşətli meşə yanğınlarına görə minlərlə insan evlərini tərk edir – FOTO/VİDEO

Dünya




Kanadada bitominoz neft (neftli qum – neftin bir növü) hasilatı mərkəzi olan Fort Makmurrey şəhərində təxliyə elan edilib.

Bu barədə yerli hökumətdən xəbər verilib.

Buna səbəb ölkəni cənginə alan meşə yanğınlarıdır. Fəlakətlə əlaqədar 6 minə yaxın sakin evlərini tərk etməyə hazırlaşır.

Qeyd edək ki, Kanadada yanğın ötən həftədən başlayıb, ancaq quraqlıq və güclü külək yanğınsöndürənlərin işini çətinləşdirib. Son məlumatlara görə, təbii fəlakət təxminən 21 min hektar ərazini əhatə edir.

Hökumət təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edib.

Mənbə: RBK

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir