“Əgər ölkədə demokratiyaya zərbə vurularsa, ABŞ Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcək”.
Bunu Tbilisidə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Əgər xarici təsirlər haqqında qanun Aİ normaları ilə koordinasiya edilmədən irəliləsə və demokratiyaya zərbə vurularsa, dinc nümayişçilərə qarşı zorakılıq olarsa, ABŞ-dən bunlara görə məsuliyyət daşıyan şəxslərə və onların ailələrinə maliyyə və səyahət məhdudiyyətləri tətbiq ediləcək” – O`Brayen qeyd edib.
Mənbə: TASS
www.102info.az