İtaliya Kuboku uğrunda həlledici matçda “Atalanta” “Yuventus”la üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, matçın taleyini artıq dördüncü dəqiqədə Turin klubunun oyunçusu Vlahoviçin dəqiq zərbəsi həll edib – 0:1.
73-cü dəqiqədə Vlahoviçin daha bir qolu VAR-a baxıldıqdan sonra ləğv edilib.
Beləliklə də, rəqibini minimal hesabla üstələyən “qoca sinyora” öz tarixində 15-ci dəfə bu mükafatın sahibi olub.
www.102info.az