ABŞ-də dəhşətli qəza: Birmotorlu təyyarə havada parçalandı – FOTO/VİDEO

Dünya




ABŞ-nin Tennessi ştatında birmotorlu təyyarə müəmmalı şəkildə havada parçalanıb.

Bu barədə yerli mediada xəbər verilib.

Bildirilir ki, “Beechcraft V35” təyyarəsi Luizianadan Kentukkiyə uçmalıymış, amma Franklin şəhəri yaxınlığında qəzaya uğrayıb.

Faciə yerindən üç nəfərin cəsədi tapılıb. Meyitlər müxtəlif yerlərdə aşkarlandığından bunun ölənlərin dəqiq sayı olmadığı ehtimal edilib.

Aviasiya mütəxəssisləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini, həmçinin ölənlərin kimliyini araşdırırlar.

Mənbə: Daily Mail

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir