Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes “Mançester Yunayted” klubunda qalmağa qərar verib.
Məlumata görə, təcrübəli yarımmüdafiəçi “qırmızı şeytanlar”ın şərəfini qorumaqdan xoşbəxt olduğunu və klubda çıxış etməkdən zövq aldığını bildirib.
“Klubun azarkeşləri məni burada istəmədikləri müddətədək qalacağam. Azarkeşlər nə zaman get desələr, o zaman müqaviləmə xitam verməyə hazıram”.
Qeyd edək ki, Bruno Fernandes 2020-ci ildə “Sportinq” klubundan “Mançester Yunayted”ə 60 milyon avro qarşılığında transfer olunmuşdu.
Mənbə: theguardian.com
www.102info.az