ABŞ-də yeniyetmə çips yarışında ölüb – VİDEO

Dünya




ABŞ-nin Massaçusets ştatında acılı tortilya çipsini yemək yarışında iştirak edən yeniyetmə çipslərin tərkibində çoxlu miqdarda çili bibəri ekstraktı olduğu üçün anadangəlmə ürək qüsurundan ölüb.

Bunu Vuster şəhərindən olan onuncu sinif şagirdi Harris Volobanın meyitinin yarılmasının nəticələri sübut edib.

Baş Tibbi Ekspertiza İdarəsi yarılma hesabatında bildirib ki, Harrisin çili bibərinə xüsusi acılıq verən komponent – tərkibində yüksək miqdarda kapsaisin olan qida maddəsinin qəbulu nəticəsində ürəyi və ağciyərində problem yaranıb və vəfat edib.

Məlumatda o da qeyd olunub ki, mərhumun ürəyi böyüyüb və onun anadangəlmə ürək qüsuru olub.

“Mümkündür ki, ürəkdə qan axını qəfil pozulub, bu isə ağır aritmiyaya səbəb ola bilər. Kapsaisinin ürək əzələsinin işemiyasına səbəb olan kəskin toksikliyi barədə məlumatlar mövcuddur”, – Tafts Tibb Mərkəzinin Kardiologiya şöbəsinin rəhbəri Ceyms Udelson bildirib.

Mənbə: Associated Press

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir