Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır – FOTO/VİDEO

Dünya




Nikaraquanın paytaxtı Manaquanın cənub-şərqindəki Ometepe adasında yerləşən Konsepsyon vulkanı püskürüb və təxminən 2 km hündürlüyündə kül sütunu havaya qalxıb.  

Həmçinin bu ərazidə kiçik təkanlar qeydə alınıb.

Məlumata görə, püskürmənin gücü aşağı və ya orta kimi qiymətləndirilir. Kül buludunun sərhəd bölgələrinə çatacağı gözlənilir. Həmçinin ərazidə gün ərzində kiçik qaz və kül püskürmələri baş verə bilər.

Qeyd edək ki, Konsepsyon Ometepe adası ərazisində aktiv vulkandır. Hündürlüyü 1,6 min m-dən çoxdur. 1883-cü ildən bəri 25 vulkan püskürməsi qeydə alınıb ki, sonuncu püskürmə 2010-cu ilin martında olub.

Ometepe və Konsepsyon Nikaraquada turistik məkanlardan hesab olunur və dünyanın hər yerindən vulkana qalxmaq üçün turistlər gəlir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir