Sergen Yalçının “Beşiktaş” klubunu çalışdırmaq üçün iki şərtinin olduğu bildirilib.
Məlumata görə, təcrübəli çalışdırıcı “qara qartallar”ın rəsmiləri ilə görüşərək öz texniki heyəti ilə çalışmaq istədiyini və hər biri ilə minimum birillik müqavilə imzalanmalı olduğunu deyib.
Klubun prezidenti Hasan Arat Sergen Yalçına bu barədə düşünəcəklərini bildirib.
Qeyd edək ki, Sergen Yalçın hazırda “Antalyaspor” klubunu çalışdırır.
Mənbə: Sporx.com
www.102info.az