Avropa çempionatının qalibi bəlli oldu

Dünya

Futbol üzrə qadınlar arasında Avropa çempionatının qalibi bəlli olub.

Modern.az xəbər verir ki, finalda İngiltərə və İspaniya yığmaları qarşılaşıb. İsveçrənin Bazel şəhərində baş tutan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə İngiltərə millisi 3:1 hesabı ilə qalib gələrək turnirdə ikinci dəfə çempionluq sevinci yaşayıb.

Milli komanda daha əvvəl 2022-ci ildə bu titula sahib çıxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir