“Türk F-16-ları İrəvana zərbə endirməyi məşq edir” – Ermənistan həyəcan içində

Dünya Hadisə

Nazirlik əhaliyə müraciət etdi.
İyulun 29-dan start götürən və avqustun 10-dək davam edəcək Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistan əhalisinin yuxusunu qaçırıb. Ermənistan mediasında və sosial şəbəkələrdə Türkiyəyə məxsus F-16 qırıcılarının “İrəvana zərbə endirmək”lə bağlı təlim keçdikləri barədə sensasion xəbərlər şimşək effekti verib. 
Əhalinin təşvişi Ermənistan Müdafiə Nazirliyinin rəsmi təkzib verməyə vadar edib. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Türk qırıcılarının Naxçıvanın 56 km-liyində yerləşən İrəvan şəhərinə hava zərbələri endirməklə bağlı təlimlər keçirdiyi barədə məlumatlar həqiqətə uyğun deyil. Ş.Stepanyan bubarədə məlumatların “şişirdildiyini” deyərək, əhalini sakitləşdirməyə çalışıb.
Bir daha açıq-aşkar görünür ki, işğalçı ölkə Tovuz təxribatına əl atdıqdan sonra Türkiyə və Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Kürdəmir, Yevlax şəhərləri ərazisində keçirilməsi planlaşdırılan genişmiqyaslı hərbi təlimlərdən açıq-aşkar qorxuya düşüb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir