Güney Azərbaycandan olan jurnalist həbs edildi

Dünya

Güney Azərbaycandan olan jurnalist Meysəm Rəşidi Ərdəbil meri Mahmud Səfərinin çıxışını tənqid etdikdən sonra İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Yaxınlarının sözlərinə görə, saxlanılmasına səbəb onun sosial şəbəkələrdə merin fəaliyyəti ilə bağlı tənqidi paylaşımları olub.




Bundan bir neçə ay əvvəl isə meriya əməkdaşları Meysəm Rəşidini öz evində döyüblər və nəticədə onun burnu sınıb. Hüquq müdafiəçiləri bu hadisəni İranda söz azadlığının məhdudlaşdırılması və jurnalistlərin təhlükəsizliyinə təhdidlərin növbəti nümunəsi adlandırırlar.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir