Zelenski Trampla nələrdən danışdı…

Dünya

Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Modern.az-ın məlumatına görə, Zelenski danışıqlarda Avropa liderlərinin iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.

“Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır”.

Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: “Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir