Rusiya SOCAR-ın Odessadakı neft bazasına hücum edib- 4 nəfər yaralanıb

Dünya

Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib

Modern.az xəbər verir ki, bu barədə RBC-Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.

Mənbələrin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir