Minsk Qrupu niyə ləğv olunur? – Paşinyandan CAVAB

Dünya

Ermənistan Baş naziri Nikol Paşinyan Minsk Qrupunun ləğv edilməsindən danışıb.

Modern.az-ın məlumatına görə, bu barədə o, Vaşinqtonda jurnalistlərin suallarını cavablandırıb.

“Minsk Qrupu niyə buraxılır? Çünki sülh bərqərar olanda Minsk Qrupu münaqişənin simvoludur və onun mövcudluğu tərəflərin bir-birinin səmimiliyinə şübhə etməsinə səbəb ola bilər”, – Ermənistanın baş naziri bildirib.

Qeyd edək ki. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir