İspaniyada təyyarə qəzası: Ölənlər var

Dünya

İspaniyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb.

Məlumata görə, insident Valensiya muxtar əyalətində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qəzadan sonra yaranan alovu söndürüblər.




Qəzanın səbəbləri məlum deyil. Mülki Qvardiya hadisə ilə bağlı araşdırma aparacaq.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir