Türkiyədə son 55 ilin temeperatur REKORDU

Dünya

Türkiyədə ötən ay son 55 ilin ən isti iyul ayı qeydə alınıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit Nazirliyi açıqlayıb.

Türkiyə hökumətinin məlumatına görə, ölkənin 220 meteoroloji stansiyasının 66-da qeydə alınan temperatur əvvəlki illərlə müqayisədə orta hesabla 1.9 dərəcə yüksək olub.

Təkcə ötən gün Osmaniye şəhərində termometrlər 56 dərəcə istini göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir