Çində yüksəkvəzifəli məmur SAXLANILDI

Dünya

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq şöbəsinin müdiri Lyu Tszyançao xaricə səfərdən Pekinə qayıtdıqdan sonra iyulun sonunda dindirilmək üçün saxlanılıb.

Modern.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.

61 yaşlı diplomatın saxlanmasının səbəbləri məlum deyil. Nəşr onunla əlaqə saxlaya bilməyib. Çin Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlar məlumatı şərh etməyiblər.

Tsin Qanın 2023-cü ildə istefasından sonra Lyu Tszyançao Çinin xarici işlər naziri postuna potensial namizəd kimi nəzərdən keçirilirdi.

O, 2022-ci ildən 20-dən çox ölkəyə səfər edib və 160-dan çox dövlətin nümayəndələri ilə görüşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir