Putinlə Zelenskini eyni otaqda saxlayacağam – TRAMP

Dünya

“Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini münaqişənin həlli üçün danışıqlar masası arxasına əyləşdirməyə nail olacağam”.

Modern.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

ABŞ Prezidenti bildirib: “Bunu deməliyəm: Nəticədə ikisini də eyni otaqda saxlayacağam. Ya orada olacağam, ya da olmayacağam. Düşünürəm ki, bu, həll olunacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir