Milli Qvardiya Vaşinqtona göndərilir

Dünya

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda polis idarəsini federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə yerləşdirəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında deyib.

Prezident bu addımı paytaxtı cinayətlərdən, qan tökülməsindən, səfalətdən xilas etmək üçün atacağını bildirib.

Tramp Vaşinqtondan başlayacağını, lakin cinayətə qarşı daha geniş mübarizənin ABŞ-ın digər ərazilərində də aparılacağını söyləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir