İtaliyalı Cuzeppe Paterno ölkənin ən yaşlı məzunu olub.
REN TV xəbər verir ki, o, 96 yaşında Palermo Universitetini bitirib.
O, ev tapşırıqlarını qədim çap maşınında edib və səhərdən axşamadək dərslərini hazırlayıb.
Paterno filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Gənc yaşlarında işi və ailəsi səbəbindən universitetə daxil ola bilməyən ahıl magistratura pilləsini də bitirmək niyyətindədir.(oxu.az)