Rusiya və Ukrayna 84 əsiri dəyişdirdi

Dünya

Rusiya Müdafiə Nazirliyi Ukraynadan 84 rus əsirinin geri qaytarıldığını bildirib. Bunun müqabilində 84 ukraynalı hərbçi qarşı tərəfə təhvil verilib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rusiya hərbçiləri hazırda Belarusdadır və onlara psixoloji və tibbi yardım göstərilir.

Sonuncu hərbi əsir mübadiləsi iyulun 23-də Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu zamanı baş tutub. Həmin vaxt tərəflər 250-yə yaxın əsiri bir-birinə ötürüb və daha 1200 hərbçinin dəyişdirilməsi barədə razılığa gəliblər.