Livanın Beyrut limanında partlayışdan sonra əhali hökumətə qarşı etirazlara başlayıb.
BBC xəbər verir ki, etirazçılar parlament binasının qarşısına toplaşıblar.
Onlarla polis arasında toqquşma zamanı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.
Livan hökuməti Beyrut partlayışına görə 16 nəfərin saxlanıldığını açıqlayıb. Eyni zamanda, iki dövlət məmuru istefa edib. Millət vəkili Marvan Hamadeh mandatından imtina edib. Livanın İordaniyadakı səfiri Treysi Xamoun Livan rəhbərliyinin dəyişikliyə ehtiyacı olduğunu bildirib.
Dünən Fransa Prezidenti Emmanuel Makron Beyruta gedib və Livan hökumətində “əsaslı dəyişiklik” lazım olduğunu deyib, faktla bağlı beynəlxalq araşdırma üçün çağırış edib.