Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik – FOTO

Dünya

Alyaskanın Ankoric şəhərinə gedən rusiyalı jurnalistlər müvəqqəti yaşayış yerinə çevrilən stadionda yerləşdirilib.

Modern.az xəbər verir ki, rusiyalı müxbirlərin bildirdiyinə görə, Rusiya və ABŞ prezidentlərinin görüşü, eləcə də turizm mövsümünün pik dövrü ilə əlaqədar şəhərdəki bütün otellər bronlaşdırılıb. Bu səbəbdən də jurnalistləri otellərə yerləşdirmək mümkün olmayıb. Bu, Rusiyadan gələn KİV nümayəndələrində narazılıq yaradıb.

Rusiya-Amerika sammiti bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Prezidentlər Vladimir Putin və Donald Tramp Ukrayna müharibəsini müzakirə edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir