Alimlərdən XƏBƏRDARLIQ – Nəhəng asteroid Yerə yaxınlaşır

Dünya

“2025 PM” adlı asteroid potensial təhlükəli göy cismi kimi qiymətləndirilsə də, Yerə yaxınlaşmasına baxmayaraq onun planetimizlə toqquşma ehtimalı son dərəcə aşağıdır.

Milli.Az-ın məlumatına görə, bu barədə xarici KİV-lər xəbər yayıb.

Verilən məlumata əsasən, təxminən 50 metr diametrə malik olan “2025 PM” asteroidi bu həftənin sonunda Yerə yaxın məsafədən keçəcək. Göy cisminin avqustun 17-də Yerdən təxminən Ay orbitinin bir diametri qədər məsafədə olacağı gözlənilir.

NASA-nın Jet Propulsion Laboratory (JPL) də asteroidin yaxınlaşması ilə bağlı rəsmi xəbərdarlıq yayıb.




Məlumatda o da vurğulanır ki, ölçülərinə görə təyyarə ilə müqayisə olunan “2025 PM” Yerin ən yaxın məsafəsi hesab edilən 1 milyon kilometrdən bir qədər çox məsafədən keçəcək.

Kənan
Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir