İsraildə tətil – Girovların azadlığı tələb olunur

Dünya

Bazar günü səhər saatlarından etibarən ölkə üzrə ümummilli tətil başlayıb.

Modern.az “The Times of Israel”ə istinadən xəbər verir ki, girovların ailələri yaxınlarının azad olunması üçün razılaşma imzalamağı tələb edirlər.

Tətil “Oktyabr Şurası” tərəfindən təşkil olunub. Şura, 7 oktyabr 2023-cü ildə İsrailin cənubunda HAMAS-la aparılan əməliyyatlarda həlak olanların ailələrinin bir hissəsini və girovların yaxınlarını təmsil edir. Aksiyaya həmçinin Girovlar və İtkin Düşənlər Forumunun üzvləri də qoşulublar.

Forum şənbə gecəsi bildirib ki, gün ərzində yalnız Təl-Əvivdəki Girovlar Meydanından təxminən bir milyon insan keçəcək. Bundan əlavə, İsrailin müxtəlif bölgələrində yüzlərlə başqa məkanlarda keçiriləcək tədbirlərə on minlərlə insanın qoşulacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir