NATO sammiti Ankarada keçiriləcək – Tarix açıqlandı

Dünya

2026-cı ildə NATO Zirvəsi 7-8 iyul tarixlərində Ankarada keçiriləcək.

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte açıqlayıb.

Qurumun qərargahının mətbuat xidmətinin məlumatına görə, Mark Rutte deyib:

“Bu mühüm görüşə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm.

Türkiyə 70 ildən artıqdır ki, NATO-nun sadiq müttəfiqidir və ümumi təhlükəsizliyimizə əvəzsiz töhfə verir.

Növbəti sammitimizdə liderlər NATO-nun daha güclü, daha ədalətli və effektiv alyans olması, təhlükəsizliyimizin üzləşdiyi mühüm çağırışlara cavab verməyə hazır olması üçün fəaliyyətini davam etdirəcək”, – baş katib bildirib.

Türkiyə sonuncu dəfə 2004-cü ildə İstanbulda NATO sammitinə ev sahibliyi edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir