Ermənistan vətəndaşları Şuşaya turist kimi gedə bilər – PAŞİNYAN

Dünya

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərin suallarını cavablandırıb.

Modern.az-ın məlumatına görə, jurnalistlərdən biri ona Şuşa ilə bağlı sual ünvanlayıb.

“Sülh sazişi imzalandıqdan sonra Ermənistan vətəndaşları Şuşaya gedə bilərlərmi?” sualına Paşinyanın cavabı belə olub:  “Ermənistan vətəndaşlarının Şuşaya gedə bilməsi məsələsinə gəldikdə, mən qarşılıqlılıq prinsipini xatırlatmaq istəyirəm. Bəli, sülh şəraitində hamı hər yerə turist kimi gedə bilər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir