Ölkənin ən innovasiyalı şirkəti ilə tərəfdaşılıqda “Kapital Bank” elektron ticarət və digər rəqəmsal imkanlarını genişləndirir və tam yeni səviyyəyə çıxarır.
“Kapital Bank” hər zaman zamanla ayaqlaşmağa və müştərilərin biznesinin inkişafını dəstəkləməyə çalışır. Dəstək üsullarından biri Azərbaycanda biznesin rəqəmsallaşdırılması üçün innovasiya həlləri sahəsində aparıcı şirkət olan “Cubics Technology” ilə strateji tərəfdaşlıq çərçivəsində qeyri-bank xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Bu tərəfdaşlıq “Kapital Bank”ın hazırkı və potensial müştərilərinə biznesin daha səmərəli və məqsədəuyğun inkişafına yönəldilmiş “Cubics Technology”nin eksklüziv məhsullarından istifadə etməyə imkan verir.
Şirkətlərin tərəfdaşlığı aşağıdakı xidmətləri ehtiva edir:
• “Brandonline” – Veb, Android və iOS əməliyyat sistemlərinin əsasında mobil tətbiqlər formatında onlayn mağazanın yaradılması üçün peşəkar həll
• Bot.az – müştərilərlə asan şəkildə əlaqə olmaq üçün çat-botlar xidməti
• “Cubics CRM” – şirkət daxilində biznes proseslərinin və müştərinin bazasının idarəetməsi üçün bulud həlli
Yeni əməkdaşlıq sayəsində “Kapital Bank”ın müştəriləri üçün “Cubics” şirkətinin təqdim etdiyi bu xidmətlərə əhəmiyyətli endirimlər əldə etmək imkanı yaranır.
“Brandonline” texnologiyası və “Cubics” şirkətinin digər məhsulları haqqında daha ətraflı məlumatla aşağıdakı linkə keçid alaraq tanış ola bilərsiniz: www.cubics.technology