“Qarabağ” dayaq blokunun hazırlanması prosesində iştirak edən mütəxəssislərin 95 faizi yerli mütəxəssisdir”.
Oxu Az-ın məlumatına görə, bunu “BOS Şelf” şirkətinin Kommersiya meneceri Orxan Hüseynov bildirib.
O qeyd edib ki, blok iki ilə hazırlanıb:
“Blok hazırlanan zaman beynəlxalq standartlara cavab verir”.
O.Hüseynov qeyd edib ki, Abşeron layihəsinin 2021-ci ildə başa çatması planlaşdırılır.
“BOS Şelf” şirkətin nümayəndəsi Anar Qarayev qeyd edib ki, blok hazırlanan zaman təhlükəsizlik məsələləri də nəzərə alınıb:
“İşçilərə təlim keçirilib. Onlar yarana biləcək qəzaların qarşısını ala bilərlər. Bütün fəaliyyətlər riskin qiymətləndirməsi istiqamətində aparılır”.
İlhamə Əbülfət