Visa və MasterCard Rusiyada fəaliyyətini DAYANDIRDI

Dünya

Visa və MasterCard beynəlxalq ödəniş sistemləri Rusiyada martın 10-da fəaliyyətini dayandırıb.

Rusiya bankları tərəfindən buraxılmış bu ödəniş sistemlərinin bütün kartları əvvəlki kimi ölkə ərazisində işləməyə davam edəcək, lakin onların vasitəsiylə xaricdə ödəniş etmək mümkün olmayacaq.

Bundan əlavə, transsərhəd əməliyyatlar, xüsusilə, xarici onlayn mağazalarda alış-veriş üçün ödəniş də mümkün olmayacaq. Həmçinin, Visa və MasterCard kartlarından Apple Pay və Google Pay xidmətlərində istifadə etmək mümkün olmayacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir