Mariupolda doğum evinin bombalanması nəticəsində 17 nəfər yaralanıb.
Onların arasında yeni ana olan qadınlar da var.
“Mariupoldakı 2 saylı doğum evinə endirilmiş aviazərbə nəticəsində xəsarət alanların sayı 17 nəfərdir, həlak olan yoxdur” – açıqlamada deyilir.
***
Rusiya ordusu Ukraynanın Mariupol şəhərində yerləşən doğum evinə artilleriya zərbələri endirib.
Bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin məlumat yayıb.
Şahidlərin sözlərinə görə, hücum nəticəsində doğum evi yerlə-yeksan olub. Hadisə zamanı bir qadın həlak olub, çoxlu sayda yaralı var.