Gürcüstanda taxıl ehtiyatları faktiki olaraq tükənib və dəyirmanlar yaxın günlərdə fəaliyyətini dayandıracaq.
Bu barədə Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.
Onun sözlərinə görə, bir neçə aydır ki, ölkəyə buğdanı əvəz edən un idxal olunur.
“Bu gün biz o yerə çatmışıq ki, əvvəllər mövcud olan taxıl ehtiyatları tükənib, bir neçə günə isə dəyirmanlar dayanacaq”, – deyə Silaqava bildirib.
O əlavə edib ki, Gürcüstanın mövcud qanunvericiliyinə görə, unun idxalına vergi yoxdur, buğda isə üzən məzənnədədir və bu gün 1 ton üçün 120 dollardır. Silaqava deyib ki, BMT ölkələrə ən azı iki aylıq buğda saxlamağı tövsiyə edir.
Mənbə: TASS
www.RIA24.az