ABŞ-ın keçmiş prezidenti Donald Tramp Aİ ölkələrinin Ukraynaya yardım üçün ABŞ-dan xeyli az vəsait ayırmasından narazılığını bildirib.
“Niyə biz Ukraynaya 40 milyard dollardan çox vəsait ayırırıq, Avropa isə nisbətən az verir? Avropanın və başqa ölkələrin Ukrayna üçün ədalətli pay ayırmasını təmin edin”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, prezidentliyi dövründə o, Alyansın kollektiv müdafiəsini təmin etmək üçün “Avropa ölkələrini öz paylarını ödəməyə məcbur etməklə NATO-nu zənginləşdirib”.
Tramp qeyd edib ki, Aİ dövlətlərinin əksəriyyəti ümumiyyətlə ödəniş etməyib və ya gərəkli məbləğdən çox az məbləğ ayırıb.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulma ehtimalına Moskvanın reaksiyasını şərh edərkən NATO-nun müdafiə xarakteri daşıdığını və Rusiya Federasiyasına qarşı aqressiv mövqe nümayiş etdirmədiyini bildirmişdi.
Mənbə: TASS
www.RIA24.az