Rusiyanın xarici işlər naziri Sergey Lavrov sual vermək üçün icazə istəyən jurnalistə qarşı kobudluq edib.
O, “Current Time Asia” telekanalının əməkdaşına “tovuz quşları ilə danışmağı” təklif edib.
Hadisə Lavrovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasına gəldiyi Tacikistanın paytaxtı Düşənbədə baş verib.
Rusiyalı nazirin müvafiq bəyanatının yer aldığı video telekanalın “Twitter” səhifəsində yayımlanıb.
www.RIA24.az