“İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalmaqda davam edir. Ukrayna qoşunları Xarkov vilayətinin İzyum şəhəri istiqamətində əks hücuma keçib”.
Bu barədə Xarkov Vilayətinin hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.
“İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalır. Silahlı Qüvvələrimiz orada əks-hücum əməliyyatına başlayıb. Düşmən bəzi ərazilərdə geri çəkilir – bu, ordumuzun xarakterinin nəticəsidir”, – deyə o qeyd edib.
O, qeyd edib ki, hazırda Xarkov vilayətinin Çuqev, Derqaçi, Lozovaya və digər yaşayış məntəqələri düşmənlər tərəfindən raket və artilleriya atəşinə tutulur. Hələki rusiyalıların qoyduğu minalara görə işğalçılardan yenicə azad edilmiş kənd və şəhərlərə qayıtmaq çox təhlükəlidir.
“Düşmən geri çəkildiyi zaman, demək olar ki, hər şeyi minalayıb: həyətləri, uşaq bağçalarını, hətta uşaq çarpayılarını, meşə zolaqlarını, yol kənarlarını. Bu ərazilərdə minatəmizləmə işləri davam edir”, – deyə Sinequbov bildirib.
Mənbə: Unian.net
www.RIA24.az