Çin Asiya Futbol Kubokuna ev sahibliyindən imtina etdi

Dünya

Çin COVID-19 epidemiyası səbəbindən Asiya Futbol Federasiyasının (AFC) 2023-cü ildə keçiriləcək Asiya Futbol Kubokuna ev sahibliyindən imtina edib.

Bu barədə AFC-nin saytında dərc olunan açıqlamada bildirilir.

Qeyd olunur ki, Çin Futbol Assosiasiyası (CFA) tədbiri təşkil edə bilməyəcəyini bəyan edib.

Kuboka başqa ölkənin ev sahibliyi edəcəyi təxmin olunur.

www.RIA24.az