Qara dənizdə qorxu yaradan rəng dəyişimi – VİDEO

Dünya

Türkiyənin İstanbul şəhərinin Qara dəniz sahillərində dəniz suyunun rəngi getdikcə narıncı və qırmızı rəngə çevrilib.

Hadisə Arnavutköyün Karaburun çimərliyində qeydə alınıb.

Ətrafdakı insanlar dənizə boya töküldüyünü zənn edərək vəziyyəti səlahiyyətlilərə çatdırıblar.

Xəbərdarlığa əsasən çimərliyə gələn heyət dənizdən nümunələr götürüb. Nümunələr Mərmərə Araşdırma Mərkəzinə göndərilib.

Mənbə: Sözcü

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir