Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb.
Bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib.
“Mariupol, “Azovstal”. Yenə – göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”, – deyə Andryuşenko bildirib.
Mənbə: uniain
www.RIA24.az