NATO rəhbərindən Türkiyə açıqlaması

Dünya

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı müharibəni, Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini dəyərləndirib.

Rusiyanın Ukraynadakı müharibəsinin Moskvanın planlaşdırdığı kimi getmədiyini deyən Stoltenberq Rusiya qüvvələrinin Xarkovdan çəkildiyini bildirib.

Ukraynanın müharibədə qalib gələ biləcəyini vurğulayan NATO-nun baş katibi vurğulayıb ki, bu ölkəyə hərbi dəstəyin artırılması davam etdirilməlidir.

Stoltenberq Türkiyə ilə bağlı açıqlamalar da verib:

“Türkiyə mühüm müttəfiqdir. O, bəzi narahatlıqlarını dilə gətirib və həmişə olduğu kimi, əminəm ki, ortaq dil tapa biləcəyik. Çavuşoğlu ilə təmaslarımızı davam etdirəcəyik. Bütün müttəfiqlər NATO-nun açıq qapı siyasətini dəstəklədikləri üçün İsveç və Finlandiyanın alyansa üzvlüyə uyğun olması ilə razılaşırlar. NATO-ya qoşulmaq Finlandiya, İsveç və Avropa üçün tarixi bir an olacaq”, – deyə Stoltenbeq qeyd edib.

Mənbə: “Haber Global”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir