Böyük Britaniya kraliçası II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümü üçün xüsusi olaraq hazırlanan və məhdud sayda olan Barbi gəlincikləri üç saniyəyə satılıb.
Oyuncaq iyunun əvvəlində geniş şəkildə qeyd olunacaq Britaniya kraliçasının hakimiyyətinin platin ildönümünün sonuncu suvenirlərindən birinə çevrilib.
Gəlinciyin istehsalçısı “Mattel” şirkətidir. Onun nümayəndələri böyük marağı nəzərə alaraq, gəlinciyin yeni partiyasının istehsalını istisna etməyiblər.
Mənbə: “RİA Novosti”
www.RIA24.az