Hindistanda 57 yaşlı ana qızını təhlükəsiz şəraitdə böyütmək üçün özünü kişi kimi təqdim edib.
Qadın 20 yaşında ailə qurub, amma əri toydan 15 gün sonra dünyasını dəyişib. Tezliklə qadının qızı doğulub. Xanım yenidən ərə getmək istəməyib. Özünü və qızını dolandırmaq üçün o, çox çalışmalı olub. İşdə həmkarları onu sıxışdırıblar. Qadın kişilərin ona olan marağını əngəlləmək üçün kişi kimi geyinmək qərarına gəlib. Onun cinsini yalnız yaxın adamları bilib. Hamı üçün o, kişi olub. Hətta ana bəzi sənədlərində də kişi kimi qeydiyyatdan keçib.
Məlumata görə, artıq yaşlı qadın həyatında maddi sabitliyə nail olub. Amma yenə də cinsini açıqlamaqdan qorxur. Belə ki, o, həm kişi olmağa öyrəşib, həm də kişi kimi geyinərək özünü daha təhlükəsiz hiss etdiyini bildirib.
Mənbə: gazeta.ru
www.RIA24.az