Almaniya Rusiya neftinin idxalından imtina edəcək

Dünya

Almaniya bu ilin sonuna qədər Rusiya neftinin idxalından imtina edəcək.

Bu barədə “Bloomberg” hökumətdəki mənbələrə istinadən xəbər verir.

Hətta Avropa İttifaqı bu məsələdə növbəti anti-Rusiya sanksiyaları paketi çərçivəsində razılığa gəlməsə belə, bu baş verəcək.

Almaniya Kansleri Olaf Şolz hökumətinin Ukraynada aparılan müharibəyə cavab olaraq Avropa İttifaqının məhdudiyyətlərinin bir hissəsi kimi Rusiya neftindən imtinada qərarlı olduğunu bildirib.

Berlin artıq alternativ enerji təchizatçıları ilə müqavilələr bağlamaqla məşğuldur, lakin neft qıtlığını kompensasiya edəcək ölkələrin siyahısı hələ açıqlanmayıb.

Agentliyin həmsöhbətləri əlavə ediblər ki, Almaniya hökuməti altı-yeddi ay ərzində logistika məsələlərini həll edə biləcəyinə əmindir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir