Rusiyada gənclər qadına görə bir-birlərinə silah çəkdilər: Ölən və yaralananlar var – VİDEO

Dünya

Primoryenin Roşçino qəsəbəsində iki dəstə arasında atışma bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnib.

Bu barədə Rusiyanın regional Daxili İşlər Nazirliyi məlumat verib.

Ümumilikdə 12 nəfərin iştirak etdiyi davada 1998-ci il təvəllüdlü gənc ağır yaralanıb və xəstəxanada keçinib.

“25 yaşlı kişi və 17 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, – deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb. Kadrda 10-dan çox gəncin dayanacaqda dava saldıqları, bir-birlərinə silah çəkdikləri görünür. Video müəllifinin sözlərinə görə, sərxoş yerli sakinlər arasında münaqişə qadına görə başlayıb.

Hazırda polis münaqişənin iştirakçıları və şahidlərini axtarır. Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: RİA Novosti

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir