Dünyanın ən bahalı fotosu məlum oldu

Dünya

Man Reyin “Enqrin skripkası” əsəri “Christie’s” hərracında rekord qiymətə – 12,4 milyon dollara satılıb.

O, hərraca çıxarılan tarixin ən bahalı fotoşəkili olub.

Amerikalı sürrealist rəssamın 1924-cü ildə çəkdiyi ağ-qara şəkildə çılpaq qadın bədəni skripkaya çevrilib. Şəkildə Man Reyin ilham perisi Kiki de Montparnas əks olunub.

Qeyd edək ki, bundan öncə dünyanın ən bahalı fotoşəkli Andreas Qurskinin 2011-ci ildə 4,4 milyon dollara alınmış “Reyn II” əsəri sayılırdı.

Mənbə: buro247.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir