İsveçin cənubunda yerləşən Malmö şəhərində polis Danimarka Radikal Partiyasının üzdəniraq lideri Rasmus Paludanın Rozenqard rayonunda keçirməyi planlaşdırdığı anti-İslam aksiyasına icazə verməyib. 
Aksiya zamanı Paludan Quran nüsxəsini məscidlərdən birinin yaxınlığında- müsəlmanların gözü qarşısında açıq şəkildə yandırmaq niyyətində olub. 
Daha əvvəl saytımızda xəbər verildiyi kimi, islamofob  partiya rəhbəri R.Paludan Malmödəki qeyri-insani aksiyaya küçə rəssamı Dan Parkın dəvəti ilə gəlməli idi. Müsəlmanların heysiyyatını təhqir etmə aktı avqustun 28-nə təyin edilmişdi.
 
			

 
						 
						