Finlandiyanın Rusiyadakı səfiri Antti Helateraya Rusiya diplomatik missiyasının əməkdaşlarının ölkədən çıxarılması ilə bağlı etiraz ifadə edilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Diplomatik nümayəndəliyin rəhbərinə Aİ-nin anti-Rusiya sanksiyaları çərçivəsində rusiyalı əməkdaşların xaric edilməsi, Finlandiyanın Rusiyaya qarşı konfrontasiya kursu, o cümlədən Kiyevə silah tədarükü ilə bağlı kəskin etiraz edilib”, – deyə departamentin bəyanatında bildirilir.
Moskva isə öz növbəsində Finlandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarmaqla cavab verəcəyini bəyan edib.
Mənbə: RİA Novosti
www.RIA24.az